Xalq artisti “Balaş” obrazını canlandıracaq - foto

Xalq artisti “Balaş” obrazını canlandıracaq - foto
22:01 19 Oktyabr 2016
85 Şou
Ölkə mətbuatı
A- A+

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Sevil” operası növbəti dəfə səhnəyə qoyulacaq.

Axşam.az teatrın mətbuat xidmətinə istinadən xəəbər verir ki, səhnə əsərində ilk dəfə olaraq “Balaş” obrazını xalq artisti Samir Cəfərov ifa edəcək.

Onun səhnədə tərəf müqabilləri İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əkrəm Poladov və başqaları olacaq.

Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR