Yağda yerkökü tutması - FOTO

Yağda yerkökü tutması - FOTO
07:05 20 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az yağda yerkökü tutmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 kq yerkökü
su
0,5 ç.q. üyüdülmüş muskat cevizi
2 ç.q. acı qırmızı istiot
0,5 ç.q. üyüdülmüş mixək
0,5 ç.q. üyüdülmüş hil 
2 x.q. duz
0,5 st. qəhvəyi şəkər tozu
1,5 st. rafinə edilməmiş xardal yağı (rafinə edilməmiş günəbaxan yağı ilə əvəz etmək olar, amma xardal dənəsini iki dəfə çox götürmək lazımdır)
4 x.q. dənəvər xardal 

Qazanda suyu qaynadın, iri kubik doğranmış yerkökünü əlavə edin, iti odda qaynara düşəndən sonra 1 dəqiqə də qaynadıb yerkökünü çıxarın, kağız salfetlə qurulayın. 

Ləyəndə muskat cevizi, qırmızı acı istiot, mixək, hil, duz və şəkər tozunu qarışdırın. Yerkökünü əlavə edib yaxşıca qarışdırın. Bankaya yığın. 

Tavaya yağ töküb xardal dənələrini əlavə edin, orta itilikli ocağın üzərinə qoyun. Dənələr partlayıb, yağ da yüngülcə tüstülənməyə başlayanda ocaqdan götürüb 5 dəqiqə saxlayın. Bankadakı yerkökünün üzərinə töküb qapağını bağlayın. 

Bankanı 2 həftə işıqlı yerdə saxlayın. Aradabir bankanı silkələyin ki, ədviyyat yaxşı qarışsın. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/481195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR