“Twitter”in Çin analoqu kapitallaşmada orijinalı ötüb

“Twitter”in Çin analoqu kapitallaşmada orijinalı ötüb
08:32 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Çinin "Weibo" mikrobloqlar xidməti kapitallaşmasına görə "Twitter"i geridə qoyub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ şirkəti auditoriyasının düşməsi və biznesinə potensial alıcının axtarışı ilə bağlı problemləri fonunda çətinliklərlə üzləşib.
 
Oktyabrın 17-də "Weibo"nun kapitallaşması 114,4 milyard dollara çatıb. Ancaq eyni anda "Twitter" mikrobloqlar xidmətində bu göstərici 11,1 milyard dollara qədər azalıb.
 
Son üç ay ərzində "Weibo"nun səhmləri 66,5 dollar bahalaşıb və oktyabrın 17-si tarixinə bu səhmlərin bir ədədi 53,34 dollar dəyərində satılıb. Bu müddət ərzində isə "Twitter"in səhmləri 8,4 faiz ucuzlaşıb və oktyabrın 17-nə onların bir ədədinin qiyməti 16,65 dollara qədər ucuzlaşıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR