UEFA Çempionlar Liqasının final oyununun Avropadan kənarda keçirilməsini müzakirə etməyə hazırlaşır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu qurumun yeni prezidenti Aleksander Çeferin açıqlayıb.
O bildirib ki, belə addımın atılması istisna deyil: "Bu, gələcəkdə mümkün ola bilər. Lakin indidən müzakirə olunmalıdır. Portuqaliyadan Nyu-Yorka olan yol Azərbaycana məsafə qədərdir".
Qeyd edək ki, avrokuboklar tarixində final oyunu heç vaxt qitədən kənarda keçirilməyib.
Milli.Az