Gürcüstanda üzərində silah gəzdirən azərbaycanlı tutuldu

Gürcüstanda üzərində silah gəzdirən azərbaycanlı tutuldu
15:37 21 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanda valyutadəyişmə məntəqəsinə hücum planlaşdırmaqda ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, saxlanılan şəxsin üzərindən EKOL markalı tapança aşkarlanıb.

İstintaq zamanı müəyyən edilib ki, həmin şəxs Azərbaycandan Gürcüstana gələrək Rustavi şəhərində yerləşən otellərin birində məskunlaşıb. O, Batumidə yerləşən valyutadəyişmə məntəqəsinə basqın etməyə hazırlaşırmış.
 
Adı açıqlanmayan Azərbaycan vətəndaşı basqın planlaşdırdığını etiraf edib.
 
Faktla bağlı "Quldurluğa hazırlıq" maddəsi (5-7 il müddətinə azadlıqdan mərhumetmə cəzası) üzrə cinayət işi qaldırılıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR