İŞİD terrorçuları Mosulda 550 ailəni girov götürüb və döyüşlərdə canlı sədd kimi istifadə edir.
Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının təmsilçisi Ravin Şamdasani deyib. O əlavə edib ki, hazırda BMT terrorçuların bir kəndin 40 dinc sakinini öldürməsi barədə məlumatları araşdırır.
Qeyd edək ki, bu gün İŞİD-in İraqın Kərkük şəhərində olan üzvləri səhər saatlarından şəhər mərkəzində təhlükəsizlik qüvvələrinə məxsus binalara hücum edib. Hücum nəticəsində onlarla insanın ölü olduğu bildirilir.
Milli.Az