Səfir: "Ermənistan və İran yaxın gələcəkdə təbii qaza dair yeni müqavilə imzalanacaq"

Səfir: "Ermənistan və İran yaxın gələcəkdə təbii qaza dair yeni müqavilə imzalanacaq"
15:52 21 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Ermənistan və İran İslam Respublikası arasında yaxın gələcəkdə təbii qaza dair yeni müqavilə imzalanacaq".
"Report" xəbər verir ki, bunu Yerevanın Tehrandakı səfiri Artaşes Tumanyan "Azatytyun" radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni müqaviləyə əsasən Ermənistan İrandan təbii qazı alıb onu üçüncü dövlətə, məsələn, Gürcüstana sata bilər.
Artaşes Tumanyan müqavilənin imzalanmasına maneənin olmadığını deyib.
"Hələ imzalanmayan müqaviləni yaymaq istəmirəm. Ermənistan və İranın uyğun sahə üzrə nazirlərinin görüşündə rəsmi Yerevanın təklifi üzrə yeni müqavilə imzalanacaq. Həmin müqaviləyə əsasən, Ermənistan İrandan birbaşa təbii qazı alıb, onun tranzitini təşkil edəcək", - deyə səfir söyləyib.
Səfir "Rusiya İranla təbii qaza dair sövdələşməyə mane ola bilərmi" suala cavabında vurğulayıb: "Tədarüklə bağlı hüquqi sənəd heç kimin maraqlarına qarşı deyil".
Artaşes Tumanyan "İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri zamanı müqavilə imzalana bilərmi" sualını belə cavablandırıb: "İran prezidentinin səfər tarixi hələlik məlum deyil. Müqavilə isə hazır olan kimi imzalanacaq. Hazırda sənəd razılaşdırılmaya yaxındır. Buna mane olacaq heç bir sədd yoxdur".

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistan-ve-i-ran-yaxin-gelecekde-tebii-qaza-dair-yeni-muqavile-imzalanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR