Şimali Koreyada şimpanze gündə 1 qutu siqaret çəkir

Şimali Koreyada şimpanze gündə 1 qutu siqaret çəkir
16:19 21 Oktyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

 

Azalea adlı şimpanze Şimali Koreyada yerləşən Pyongyang Zooparkın ulduzu sayılır.

 

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Azalea siqaret çəkdiyi üçün ziyarətçilərin əyləncəsinə çevrilib. Azalea gündə bir qutu siqaret çəkir və alışqan olmayanda belə ziyarətçilərin atdıqları siqaretlə öz siqaretini yandırır. Zooparkın səlahiyyətli şəxsləri meymunun dumanı içinə çəkmədiyini desələr də, mütəxəssislər əksini deyir.

 

Heyvan Haqları Təşkilatı PETA-nın sədri İngrid Newkirk isə “Time” jurnalına verdiyi açıqlamasında şimpanzeni siqaretə öyrəşdirməyin qəddar bir hərəkət olduğunu deyib və heyvanın istismara uğraması kimi qiymətləndirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR