SOCAR bu il 4,7 mlrd. kubmetr qaz hasil edib

SOCAR bu il 4,7 mlrd. kubmetr qaz hasil edib
16:47 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 706,5 mln. kubmetr qaz hasil edib.
“Report” SOCAR-ın statistik məlumatlarına əsasən xəbər verir ki, cari ilin ilk 9 ayında hasil olunan qazın 481,8 mln. kubmetri sentyabr ayının payına düşüb.
Hesabat dövründə hasil edilən qazın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8,8%, sentyabrda hasil olunan qazın həcmi isə ötən ilin müvafiq ayından 17% azdır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-bu-il-4-7-mlrd-kubmetr-qaz-hasil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR