Buraxılış imtahanları və attestasiya ilə əlaqədar yeni təqvim verildi

Buraxılış imtahanları və attestasiya ilə əlaqədar yeni təqvim verildi
17:04 21 Oktyabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

 

 “2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

 

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil şöbələri və ümumtəhsil müəssisələrindən  xahiş olunur ki, cari tədris ilində görüləcək işlərin təqvim planında göstərilmiş tarixlər üzrə yerinə yetirilməsini, o cümlədən ümumi təhsil səviyyəsində  buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) əsasında birinci mərhələsinin keçirilməsi məqsədilə IX sinif şagirdlərinə aid məlumatların 01.11.2016 tarixdən 15.01.2017 tarixədək “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR