"Şahinin müalicəsinin birinci hissəsi bitdi" - FOTO

"Şahinin müalicəsinin birinci hissəsi bitdi" - FOTO
17:37 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin müalicəsinin birinci hissəsi başa çatıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda rejissorun xanımı Səbinə Zəkizadə xəbər verib. Ş.Zəkizadənin oğlu Seyid Əli ilə fotosunu paylaşan Səbinə bunları qeyd edib:

"Şahinin birinci kurs müalicəsi bitdi. İkinci hissə başlayıb. Hər günümüzə şükür edirik. Ağrıları, çətinlikləri olur. Amma gördüyünüz kimi, pozitivdir. İnşallah, tez bir zamanda evinə qayıtsın".

Ş.Zəkizadə hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicəsini davam etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/481906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR