Cinsiyyətini dəyişdirən Rihanna ölkəsinə gedə bilmir - FOTOLAR

Cinsiyyətini dəyişdirən Rihanna ölkəsinə gedə bilmir - FOTOLAR
17:48 21 Oktyabr 2016
483 Maraqlı
Ölkə mətbuatı
A- A+

25 yaşlı dağıstanlı Adam ailəsinə yalan danışaraq Moskvaya gəlib. O, ailə üzvlərinə Moskvaya iş dalınca getdiyini deyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Adamın Moskvaya gəlməsinin əsas səbəbi cinsiyyətini dəyişdirməsi olub. Onun bu addımı atmasına səbəb sevgilisinin xoşuna gəlmək və onu razı salmaq istəməsi olub. Buna baxmayaraq, Adam ailəsinə mütəmadi olaraq pul göndərib və öz qərarı barədə heç kimə danışmayıb. Lakin bir müddət sonra bundan xəbər tutan ailə şoka düşüb. Və bu təəccüblü deyil. Məsələ ondadır ki, Dağıstanda belə məsələlərə yaxşı baxmırlar. Həmçinin cinsiyyət dəyişməsi İslam dininə tamamilə ziddir.

Lakin bu amillər Adama mane olmayıb. O, hər şeyi nəzərə alaraq risk etməyə qərar verib. Əməliyyatla onun cinsiyyət orqanı uzaqlaşdırıb, həm sinəsinə slikon qoydurub, həm də burnunu kəsdirib. Cavan oğlan hətta özünə Rihanna adı seçib.

Əməliyyatdan sonra yeni görkəminin fotolarını instaqramda paylaşan oğlan tezliklə sosial şəbəkələrdə populyarlaşıb. Lakin onu qarşıda daha mürəkkəb mərhələlər gözləyib. Belə ki, o, pasportunu dəyişmək üçün öz ölkəsinə getməlidir, amma gedə bilmir. Çünki ailəsi oğullarının nəinki onları, bütün kəndi, hətta bütün respublikanı biabır etdiyini düşünür.

Tabloid.az



Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR