“Facebook” evlərə yemək sifarişi üçün əlavə yaratdı

“Facebook” evlərə yemək sifarişi üçün əlavə yaratdı
08:17 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında restorandan yemək sifariş etməyə imkan verən mobil əlavə istifadəyə verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu əlavə ya masaüstü kompüterə, ya da "Facebook" menyusu vasitəsilə yüklənəcək.

Bu əlavə sayəsində insanlar restoranların təklif etdikləri müxtəlif menyularla tanış ola və evlərinə sifariş edə biləcəklər. Ancaq bunun üçün restoranın "Slice" və ya Delivery.com saytında qeydiyyatdan keçməsi lazımdır.

Bu gündən başlayaraq "Facebook"da həmçinin daha bir əlavə fəaliyyətə başlayıb. Bu əlavə istifadəçilərə kinoteatrlara bilet almaqda, SPA-salonlara, bərbərxanalara və gözəl salonlarına yazılmaqda kömək edəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR