Şah İsmayıl Xətainin ulu babasının dəfn edildiyi məzarlıq - ARAŞDIRMA

Şah İsmayıl Xətainin ulu babasının dəfn edildiyi məzarlıq - ARAŞDIRMA
17:49 22 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

 Lənkəran özünün tarixi abidələri ilə zəngindir. Şəhər Mədəniyyət və Turizm Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, Respublika Nazirlər Kabinetinin müvafiq qərarı ilə rayonda 87 tarix və mədəniyyət abidəsi qeydə alınaraq dövlət mühafizəsinə götürülüb. Həmin abidələrin turizm üçün istifadəsi məqsədilə marşrut xəritəsi, eləcə də ingilis, rus və Azərbaycan dillərində məlumatlar hazırlanıb.

 

Bunlardan əlavə, tarix və mədəniyyət abidələrinin yenidən siyahıya alınması ilə bağlı Lənkəran rayonu ərazisindəki abidələrin adları, tarixləri, ünvanları və koordinatları dəqiqləşdirilib, onlar haqqında məlumatlar toplanılaraq respublika Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Lənkərandakı tarixi abidələrdən biri də müqəddəs ziyarətgah sayılan, rayonun Şıxəkəran kənd qəbiristanlığında yerləşən Şeyx Zahid türbəsidir. Tədqiqatçı-tarixçi İldırım Şükürzadənin sözlərinə görə, Şeyx Zahid öz dövrünün tanınmış ziyalısı, alim, müəllim, şair və mömini olub.

 

Şeyx Zahid 1215-ci il martın 22-də Lənkəran rayonunun Siyavar kəndində Şeyx Rövşən Əmirin ailəsində andan olub. Şeyx Rövşən Əmir İranın Gilan vilayəti kəndlərinin birində evləndikdən sonra Lənkəranın Siyavar kəndinə köçüb. Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. O, dövrünün böyük alimi Eyn əz-Zaman Seyid Cəmaləddinin müridi olub. Gilan mahalının Malvan kəndində doğulan Şeyx Cəmaləddin sonralar Astaraya köçərək ömrünün sonunadək burada yaşayıb. O, 1253-cü ilin noyabrında vəfat edib və Butəsər (indiki Pensər) kəndində dəfn olunub. Hazırda Şeyx Cəmaləddinin dəfn olunduğu yer pir kimi məşhurdur. Şeyx Cəmaləddin şagirdi Tacəddin İbrahimə böyük ümidlər bəsləyib. Vəfat edərkən ona başladığı işi davam etdirməyi, sufi təriqətinə başçılıq etməyi vəsiyyət etməklə Tacəddin İbrahimə "Zahid"lik dini rütbəsini verib. “Zahid” ərəb dilində ibadətlə məşğul olan mənasını ifadə edir. Şeyx Zahid Gilani də məhz hörmət və ehtiram əlaməti olaraq sonradan oğluna müəllimi Cəmaləddinin adını qoyub.

 

Şeyx Zahid ömrünün çoxunu Hiləkəranda (Lənkəranın Şıxəkəran kəndi) keçirib. Zəmanəsinin tanınmış mürşidi sayılmaqla yanaşı, əkinçiliklə məşğul olan Şeyx Zahidin xeyriyyəçiliyi, şairliyi haqqında müxtəlif mənbələr xəbər verir. Müridləri Gilan, Muğan və Şirvanda dini təbliğ edən görkəmli şəxsiyyətlər olublar.  Onlardan biri də varisi, müridi, təriqət davamçısı Şeyx Səfiəddin idi. İyirmi dörd yaşında Lənkərana gələrək Şeyx Zahiddən dərs alan Şeyx Səfiəddin onun qızı Bibifatimə ilə evlənib. Bu nikahdan onların Məhiyyəddin, Sədrəddin və Əbu Səid adlı oğulları dünyaya gəlib. İctimai-siyasi xadim, sərkərdə Şah İsmayıl Xətainin dördüncü babası Şeyx Sədrəddin Musanın (1305-1392) anası Lənkərandan, atası isə Ərdəbilin Kelxoran kəndindəndir.

 

Şeyx Zahid Azərbaycan, ərəb, fars, kürd, talış və gilək dillərini bilməklə yanaşı, eyni zamanda poeziyaya da böyük maraq göstərib. Müridləri də onun yolunu davam etdiriblər.

 

O, Azərbaycanın bir çox yerlərinə, xüsusən müridləri yaşayan Güştas (Salyan), Mahmudabad, Sərab, Ərdəbil, Meşkin, Xalxal, Xoy və digər şəhərlərə səyahət edib. Ehtiyacı olanlara yardım əli uzatmaq üçün dövrünün hökmdarları və vəzifə sahibləri ilə görüşüb. Onun Muğanda Qazan xanla üç dəfə görüşdüyü (1290/95-ci illər) bildirilir və bu, onun böyük hörmət sahibi olduğunu təsdiq edən bir hal kimi qiymətləndirilir. Şeyx Zahidin xahişilə Astara hakimi Məlik Əhmədin həbsdən azad etdirilməsi də məxəzlərdə xüsusi qeyd olunub.

 

A.A.Bakıxanovun "Gülüstani-İrəm" adlı məşhur əsərində, yazıçı Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanında Şah İsmayılın 1501-ci ildə ulu babası Şeyx Zahidin məqbərəsini ziyarət etməsi özünün təsvirini tapıb.

 

İsgəndər bəy Münşi "Tarixi-alamarayi Abbasi" adlı əsərində yazır ki, I Şah Abbas (1587-1629) Şeyx Səfiəddinin məzarını ziyarət etmək üçün Ərdəbilə, Şeyx Zahidin məzarını görmək məqsədilə 1609-cu ildə Şıxəkərana gedib. O, hər iki məzarı təmir etdirib.

 

Türbənin tədqiqatçıları qeyd edirlər ki, Şeyx Zahid məqbərəsinin ərazisi fəxri dəfnlər yeri olub. Məqbərə Təbriz və Şirvan-Abşeron memarlıq üslubunda tikilmiş möhtəşəm minarəsi, kaşı bəzəkləri ilə diqqəti cəlb edib.

 

Şeyx Zahid 1300-cü ilin mart ayında vəfat etdikdən sonra onun məzarı ziyarətgaha çevrilib. Ona görə müridi və kürəkəni Şeyx Səfiəddin məzarın üstündə məqbərə tikdirib. İslam dininin təbliğatçısı kimi Şərqdə böyük nüfuza malik olan Şeyx Zahidin məqbərəsini tez-tez ziyarət olunub.

 

Tarixdən bəllidir ki, Şeyx Zahidin məqbərəsini bir neçə dəfə sel suları basıb. 1478-ci ildə məzarı yenidən su basdıqda Şah İsmayıl Xətainin atası Şeyx Heydər bir neçə nəfər mahir bənna və nəccarla gələrək, məqbərə ilə günbəzi yenidən təmir etdirib. Şah İsmayıl Xətainin ulu babası Şeyx Zahidin məqbərəsi ötən əsrin 30-cu illərində digər türbə, məqbərə, pirlər kimi dağıdılıb. 1950-ci illərin əvvəllərində o, şıxəkəranlı usta Dadaş Nəzər oğlu (1896-1969) tərəfindən türbə kimi yenidən təmir olunub.

 

Məlumata görə, Şeyx Zahidin qırxdan çox törəməsi hazırda Türkiyədə yaşayır.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Millimizin forvardı dubl etdi

21 Sentyabr 2017 07:27

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 07:23

Tramp İranla bağlı qərarını gizli saxlayır

21 Sentyabr 2017 07:04

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 06:58

Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2017 06:57

Cənubi Koreya KXDR-ə əl uzatdı

21 Sentyabr 2017 06:44

Rusiyada zəlzələ olub

21 Sentyabr 2017 06:37

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

21 Sentyabr 2017 06:28

Sabah paytaxtda 35, bəzi bölgələrdə 37 dərəcə isti olacaq

21 Sentyabr 2017 06:03

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

21 Sentyabr 2017 05:57

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

21 Sentyabr 2017 05:33

Tillerson: "İran Yaxın Şərqdə sabitliyə təhdid törədir"

21 Sentyabr 2017 05:27

Londondakı terrora görə daha bir nəfər tutuldu

21 Sentyabr 2017 05:24

Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir

21 Sentyabr 2017 05:12

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 04:58

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 04:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 04:32

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

21 Sentyabr 2017 04:28

Tayvanda atışma olub: ölən və yaralananlar var

21 Sentyabr 2017 04:12

Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

21 Sentyabr 2017 04:03

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13