ABŞ qırıcıları yas mərasimini bombaladı

ABŞ qırıcıları yas mərasimini bombaladı
19:57 22 Oktyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda Dakuk şəhərinə aviazərbə endirib. Lakin zərbənin hədəfi  terrorçular deyil, yas mərasiminin iştirakçıları olub. Hadisə nəticəsində onlarla dinc iraqlı həlak olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiya kəşfiyyat vasitələri bu gün bir neçə təyyarənin Kərkükdən 30 km cənubda yerləşən Dakuka zərbə endirdiyini qeydə alıb: "Şahidlərin bildirdiyinə görə, aviasiya dəfn mərasiminə toplaşanları terrorçular zənn edib. Hadisə nəticəsində onlarla dinc iraqlı ölüb. Onların arasında qadın və uşaqlar da var".

Konaşenkov bildirib ki, Qərb koalisiyası tez-tez toy və yas mərasimlərini, hospital, polis məntəqəsi və humanitar yardım karvanlarını hədəfə alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR