Tennis üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Sergey Lixaçev vəfat edib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki,15 qat SSRİ çempionu oktyabrın 18-də Moskvada dünyasını dəyişib. O, 77 yaşında vəfat edib.
Qeyd edək ki, Lixaçev 1973-cü ildə milli komandada son matçını keçirib. O, 1 il sonra SSRİ çempionu olsa da, məşqçiliyə başlayıb. Lixaçev Bakının "Leçi" klubunda işləyib. Sonradan Azərbaycan millisinin "sükanı arxasına" keçən mütəxəssis SSRİ yığmasında ikinci məşqçi kimi də çalışıb. 1991-ci ildə SSRİ Tennis Federasiyasının təyinatı ilə Portuqaliyaya gedib və bir neçə il də orda çalışıb.
Milli.Az