Tanınmış yazıçı, filosof-psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

BÖYÜK YALAN

- Sizinlə yalan, tarix və maddiyyat mövzuları barədə söhbət etmək istəyirəm. Sizcə, böyük bir yalanın tarixə yol tapması mümkündürmü? Elə bir yalan ki, əksəriyyəti inandırmış olsun.

- Adolf Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") əsərində bu barədə maraqlı sözlər var: "Bu cənablar "hər nə qədər dəhşətli yalan danışsan, o qədər sənə tez inanarlar". Adi insanlar kiçik yalandan daha çox, böyük yalana inanırlar. Bu, onların bəsit düşüncələrilə əlaqədardır. Onlar kiçik yalanı hər kəsin uydura biləcəyini bilirlər, ancaq çox böyük yalanı uydurmağa (o adi insanlar), bəlkə də, utanırlar. Böyük yalan onların (bu sadə insanların) beyninə belə gəlməyəcəkdir. Bax məhz buna görədir ki, kütlələr təsəvvür belə edə bilmirlər ki, (özləri edə bilmədikləri üçün) digərləri də çox dəhşətli yalan danışa, bu cür, vicdansızcasına faktları təhrif edə bilərlər. Hətta əgər onlara bu yalanın dəhşətli miqyasları başa salınsa da, onlar yenə də bu barədə şəkk etməyə davam edəcək və "yəqin ki, burada hər halda bir həqiqət vardır" deyə düşünəcəklər. Buna görədir ki, mahir yalan ustaları və yalnız yalan üzərində qurulmuş bir çox partiyalar tarix boyu məhz bu metoddan istifadə etmişlər. Yalançılar kütlələrin bu xüsusiyyətini çox gözəl bilirlər".

"İndiki insanların çoxu "qızıl buzov", bütpərəstlik sindromuna tutulub"

Maska geymiş cəmiyyət və onun arxasında gizlənən həqiqətlər