Bu gün Bayıl stadionunda “Səbail” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda klubun əsas komandasının I divizionda, həmçinin aşağı yaş qruplarından ibarət liqalarda çıxış edən müvafiq komandalarının nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlarla bağlı fikir mübadiləsi aparılıb.
I divizionda yüksək yer tutmaqla Premyer Liqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoymuş “Səbail” FK-nın lisenziyalaşdırma prosesi ilə bağlı müvafiq hazırlıq işlərinə start verməsi də müzakirəyə çıxarılan məsələlərdən olub.
Fanat.Az