Rus aktyor "qara siyahı"ya salındı

Rus aktyor "qara siyahı"ya salındı
18:47 23 Oktyabr 2016
117 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya xalq artisti, aktyor Dmitriy Pevçov Latviya hökuməti tərəfindən ölkəyə girişinə qadağa qoyulan şəxslərin siyahısına daxil edilib.

Qafqazinfo-nun "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, müvafiq qərarı Riqada "Dom Moskvı" mədəniyyət və biznes mərkəzinin direktoru Yuriy Silov bildirib.

Onun sözlərinə görə, Pevçov bu ilin noyabrında "Riqada Moskva filmlərinin premyerası" adlı ənənəvi kinofestivalda iştirak etməlidir. Lakin "qara siyahı"ya daxil olunduğundan onun bu səfəri təxirə salınıb.

D.Pevçovun hansı səbəbdən "qara siyahı"ya salındığı məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR