Gəncəyə sükut çökdü - VİDEO

Gəncəyə sükut çökdü - VİDEO
18:53 23 Oktyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Publika.az xəbər verir ki, günün yeganə qarşılaşması Gəncədə baş tutub. “Kəpəz” “İnter"i qonaq edib. Soyuq və çiskinli hava şəraiti üzündən ot örtüyü qənaətbəxş vəziyyətdə olmayıb. Bütün bu amillərə baxmayaraq, matç gərgin və qol epizodları ilə bol olub. Tərəflərin səylərinə baxmayaraq qapılar toxunulmaz qalıb.

0:0 hesablı heç-heçə Gəncə və paytaxt komandalarının hərəsinə bir xal qazandırıb. “Kəpəz” 11 xalla dördüncü, “İnter” isə 17 xalla ikinci pillədə qalıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR