Rahat yatmaq üçün pendir yeyin

Rahat yatmaq üçün pendir yeyin
20:17 23 Oktyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər bildiriblər ki, yatmazdan ən azı 1 saat əvvəl kiçik bir dilim pendir yemək, serotonin sintezinə xəbərdarlıq edərək rahat bir yuxuya dəstək olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, pendir, quruluşu etibarilə ən sağlam süd məhsulları arasında yer alır. Pendir, xüsusilə uşaqların inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
 
Ekspertlər pendirin sümük və dişlərin sağlam inkişafında rol oynayan kalsiumun dəstəklənməsi baxımından əhəmiyyətini qeyd edərək, bir dilim pendirin möcüzəvi təsiri olduğunu bildirdilər.
Səhər yeməkdə istehlak edilməsilə yanaşı, məktəb dövründəki uşaqların qidalanma çantalarına da qoyulacaq bir dilim pendir, uşaqları tox tutar və sağlam qidalanmağı təmin edər.
Bədənimizdə xoşbəxtlik hormonu olaraq bilinən və yaxşı bir yuxu üçün lazım olan serotonin maddəsinin bədəndə istehsalı üçün triptofan amin turşusuna ehtiyac var. Yatmazdan ən azı 1 saat əvvəl kiçik bir dilim pendir yemək, serotonin sintezinə xəbərdarlıq edir, bu isə rahat bir yuxuya yardımçı olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR