"Səbəb Avroliqanın yorğunluğudur"

"Səbəb Avroliqanın yorğunluğudur"
18:47 24 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

"Oyuna yaxşı başlamadıq. Son vaxtlardakı yorğunluq özünü göstərdi". Apasport.az saytının məlumatına görə, bu sözləri "Maynts" klubunun futbolçusu Yunus Mallı deyib. 

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan "Maynts" Bundesliqanın VIII turunda "Şalke"yə 0:3 hesabı ilə uduzub.
 
Almaniya mətbuatına açıqlama verən Mallı matçla bağlı fikirlərini bölüşüb. Türkiyə yığmasının üzvü söhbət əsnasında Avropa Liqası barədə də fikirlər səsləndirib.
 
O bildirib ki, eyni anda müxtəlif turnirlərdə mübarizə aparmaq asan deyil: "Bizimlə müqayisədə "Şalke" daha gümrah görünürdü. Buna görə də ardıcıl hücumlar qururdular. Biz isə həddindən artıq ağır davranırdıq. Çalışmalıyıq ki, hər oyunda ərazi üstünlüyünə sahib olaq. Bunun üçün rəqibi lazımınca dəyərləndirmək lazımdır. İnkişaf etməliyik. Paralel olaraq, Avroliqada və ölkə kubokunda da çıxış etmək işimizi çətinləşdirir. "Şalke"yə məğlubiyyətin səbəbi ya diqqətsizlik, ya da Avroliqanın yorğunluğudur".
 
Yunus Mallı əlavə edib ki, Avroliqada heç bir oyun asan keçmir: "Qrupdakı hər 3 matçda çətinliklə üzləşmişik. Həftəiçi "Anderlext"lə qarşılaşıb, 1:1 oynadıq. Bir daha təsdiq olundu ki, Avropa Liqasında zəif oyun olmur. Çox yorulduğumuz üçün "Şalke" ilə matçda əlimizdən bir şey gəlmədi. Rəqib bizi öz "silah"ımızla vurdu. İkinci qolu buraxdıqdan sonra artıq bizdə inam qalmamışdı".
 
Qeyd edək ki, "Maynts" "Qəbələ" ilə Bakıda keçirdiyi ilk oyunda 3:2 hesablı qələbə qazanıb. Bu komandaların Almaniyadakı qarşılaşması dekabrın 8-də baş tutacaq.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR