Qohum qohumunu taxta ilə döydü - Bakıda

Qohum qohumunu taxta ilə döydü - Bakıda
02:39 25 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 34 yaşlı kişi qohumu tərəfindən ölümcül döyülüb.

 

APA-nın məlumatına görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

 

Badamdar qəsəbəsində, “Yeni massiv” adlanan ərazidə 1982-ci il təvəllüdlü Babayev Amil Təyyaz oğlu yaşadığı evdə qohumu ilə mübahisə edib. Mübahisə zamanı hələlik adı məlum olmayan qohumu A.Babayevin baş nahiyəsinə taxta ilə bir neçə dəfə vurub.

 

Ağır xəsarət alan A.Babayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, o kəllə-beyin travması alıb. Hazırda A.Babayevin vəziyyəti stabil ağırdır.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR