Mourinyodan Runiyə: özünə yeni klub axtar

Mourinyodan Runiyə: özünə yeni klub axtar
14:47 25 Oktyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo futbolçusu Ueyn Runiyə özünə yeni klub tapmağı məsləhət görüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ingilis hücumçuya bildirib ki, əgər müntəzəm oynamaq istəyirsə, özünə yeni komanda axtarmağı yaxşı olardı.

Qeyd edək ki, rəsmi versiyaya görə, U.Runi zədə səbəbindən İngiltərə Premyer Liqasının 9-cu turunda "Çelsi"yə qarşı oynamayıb. Ancaq ölkə mətbuatı iddia edir ki, Runi zədələnməyib. O, məşqçi heyətinin qərarı ilə sözügedən görüşdə iştirak etməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR