Azərbaycanlı müğənni narkotiklə tutuldu - VİDEO

Azərbaycanlı müğənni narkotiklə tutuldu - VİDEO
16:43 25 Oktyabr 2016
261 Şou
Ölkə mətbuatı
A- A+

Türkmənistanın tanınmış müğənnisi Nazir Həbibov narkotik ittihamı ilə həbs edilib.

Əslən azərbaycanlı olan müğənni Türkmənisyan televiziyasının efirində əli qandallı şəkildə müntəzəm şəkildə tiryək qəbul elədiyini etiraf edib.

“Gözəl yaşadığım halda hərəkətimlə valideyinlərimi, ailəmi və 4 uşağımı rüsvay elədim. Söz verirəm ki, bir də belə şey etməyəcəm. Məni bağışlayın”, - deyə müğənni bildirib.

Qeyd edilib ki, Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir. Türkmənistanda doğulan Nazir Həbibov əslən azərbaycanlıdır. Valideyinlərindən başqa həyat yoldaşı da azərbaycanlıdır. ("Azadlıq" radiosu)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR