"Onlar olmasaydı, faciələrin öhdəsindən gələ bilməzdim" - FOTO

"Onlar olmasaydı, faciələrin öhdəsindən gələ bilməzdim" - FOTO
17:32 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Lider" telekanalında yayımlanan "Xəzərin sahilində" verilişinin növbəti qonağı kinorejissor, aktyor Elxan Qasımov olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcılığını Fəxriyyə Lilparın etdiyi proqramda aktyor rol aldığı "Əhməd hardadır?", "Axırıncı aşırım" filmlərindən danışıb. 

E.Qasımov şəxsi həyatı ilə bağlı suallar verilməsini istəməyib. Qadın gözəlliyindən danışan aktyor "Qadın gözəlliyi 90-60-90 demək deyil" söyləyib. 

"Şəxsi həyatımla bağlı "Xoşbəxtsən" sualını verəndə düşünürəm. Amma hamının tanıdığı biri olduğum üçün xoşbəxtəm. Məndən çox dostu olan yoxdur. Bütün rayonlarda dostlarım var. Onlar olmasaydı, başıma gələn faciələrin öhdəsindən gələ bilməzdim", - deyə aktyor əlavə edib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR