Müəllimlərin əmək haqqısı artırılacaq

Müəllimlərin əmək haqqısı artırılacaq
17:47 25 Oktyabr 2016
1080 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 26 rayonunda noyabr-dekabr aylarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçənlər üçün əmək haqqı sisteminin yeni qayda ilə hesablanmasına gələn ildən başlamaq nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsinə iki il əvvəl başlanılıb. İlk olaraq 2014-cü ildə Bakı şəhərində diaqnostik qiymətləndirmə keçrilib. 2015-ci ildən artıq yeni qaydalarla dərs yükü normasının müəyyənləşdirilməsi və bunun əsasında da əmək haqqının hesablanması həyata keçirildi".

Ötən il ölkənin 3 şəhər və 9 rayonunda qiymətləndirilmə davam etdirilib. Bu il 26 rayonda noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılır: "Bununla da biz ölkə üzrə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsini 70 faizə çatdırmağı planlaşdırırıq. Başqa sözlə, islahat təxminən 100 min müəllimi əhatə edəcək".

C.Bayramov deyib ki, hazırda Təhsil Nazirliyinin işçi qrupu diaqnostik qiymətləndirmə keçiriləcək 26 rayonda işçi səfərindədir: "Orada görüşlər keçirilir, müəllimlərə prosedurlar izah edilir. Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi nəzərə alınacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR