Hər gün 10 dəqiqə piyada gəzsəniz... - FAYDALARI

Hər gün 10 dəqiqə piyada gəzsəniz... - FAYDALARI
21:57 25 Oktyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Piyada gəzmək zaman və məkandan asılı olmayaraq bütün şərtlər altında edilməsi mümkün olan idman növüdür. Amerikada aparılan araşdırmalardan biri sübut edib ki, yemək yedikdən dərhal sonra ən az 10 dəqiqə piyada gəzmək 2-ci tip diabet xəstəliyinə tutulma riskini böyük ölçüdə azaldır. Piyada gəzmək qan şəkər səviyyəsini aşağı salır və şəkər xəstəliklərinə tutulma ehtimalını azaldır. Türkiyəli həkim Eren Eroğlu xüsusilə karbohidratla zəngin qidalar yedikdən sonra piyada gəzməyin şərt olduğunu deyir.

Milli.Az lent.az-a istinadən mütəxəssisin piyada gəzməyin faydaları haqqında fikirləri ilə sizi tanış edir.

Piyada gəzmək həm ruha, həm də bədənə yaxşı təsir edir
 
Piyada gəzmək, tətilə getmək, səyahətə çıxmaq, yeni yerlər kəşf etmək insana həm ruh, həm də sağlamlıq baxımından yaxşı təsir edir. E.Eroğlunun sözlərinə görə, təbiət qoynunda piyada gəzmək artıq bir müalicə formasıdır: "Piyada gəzmək ideal idman növüdür. Lakin bu zaman bəzi məqamlara diqqət etmək vacibdir. Həftənin ən az dörd günü piyada gəzmək məsləhətdir. Ürək, ortopedik, görmə kimi narahatlıqları olmayanlar saatda 6 km, yəni tərlədəcək sürətdə piyada gəzə bilərlər. Beləcə, ürək-damar sistemi bu tempə adaptasiya olacaq, sürətini artıracaq və özünə yeni bir səviyyəyə qazandıracaq".
 
Mütəxəssis onu da qeyd edir ki, hər kəsin öz bioloji idman saatı fərqlidir. Məşq edənlər bunu hiss edir və bilir. Günün müəyyən saatlarında yaxşı nəticə göstərə bilərsiniz, başqa bir saatda isə istədiyiniz tempə çatmaq mümkün olmaya bilər: "Lakin səhər saatlarında piyada gəzmək məsləhət deyil. Xüsusilə yüksək təzyiqi olanlar günün ilk saatlarında bunu etməməlidirlər. Çünki yuxudan oyanma hormonlarının təsiri ilə təzyiqləri onsuz da yüksək olur. Üzərinə əlavə yorğunluq gəldikdə isə bu çətinlik daha çox hiss edilir. Ona görə də piyada gəzmək üçün bu insanlar daha çox günortadan sonrakı saatları seçməlidirlər".
 
Piyada gəzm gəzərkən yaxşı nəticə əldə etmək üçün geyimin və qidalanmanın da rolu böyükdür. Paltarlar tərləməyin qarşısını almamalı, eyni zamanda xarici təsirlərdən də qorumalıdır.
 
Soyuq hava günlərində edilən gərgin idman və piyada gəzinti ürək xəstəliyi və yüksək təzyiq riskini artırır. Buna görə də soyuqdan qorunmaq əhəmiyyətlidir. Lakin gündə yarım saat gəzmək belə, təzyiqin idarə edilməsində və şəkər xəstəliyinin müalicəsində əhəmiyyətlidir: "Piyada gəzərkən ayaq sağlamlığına da diqqət edilməlidir. Uyğun və alt yumşaqlığı düzgün seçilmiş idman ayaqqabısı performansı artırır. Qaçışdan və piyada gəzməzdən təxminən bir saat əvvəl asan həzm edilə bilən karbohidrat gümrahlığa səbəb olar. Eyni formada piyada gəzdikdən sonra boşalan karbohidrat anbarları əzələləri əritməsin deyə, bərpa etmək üçün meyvə yeyilməsi məsləhətdir".
 
Piyada gəzən zaman nizamlı olaraq su içmək lazımdır. Susama hissini gözləmədən 10 dəqiqədən bir su içmək gəzintinin yaxşı keçməsini təmin edəcək, həmçinin yarana biləcək yorğunluğa da mane olacaq: "Qaçarkən və ya piyada gəzərkən günəşdən təsirlənməmək üçün eynək taxılmalı, papaq qoyulmalı və kremlərlə açıq yerlərin qorunması zərərlərin yaranmasına mane olar".
 
Bu səbəbdən də həvəskar və ya professional idman edən hər kəs ilk növbədə zədələnməməyə çalışmalıdır. İdman və piyada gəzmə qrafiki insandan insana fərqli olur. İnsan öz limitlərini bilməli və onun sərhədlərinə qədər idman etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR