"Real" istədi, onlar qiymət qoydu - 80 milyon

"Real" istədi, onlar qiymət qoydu -   80 milyon
10:07 26 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

"Real" Pyer Emerik Aubameyanqı heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, "Kral Klubu"nun artıq ilk təklifini "Borussiya"ya göndərdiyi bildirilir. 

Məlumata görə, Dortmund klubu Qabonlu futbolçu üçün tələb etdiyi məbləği açıqlayıb. Almanlar 27 yaşlı hücumçu üçün 80 milyon avro tələb edib.

Qeyd edək ki, "Borussiya" Aubameyanqı 2013-cü ildə "Sent-Etyen"dən 13 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub. Futbolçu cari mövsümdə keçirdiyi 11 rəsmi oyunda 10 qol vurub.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-istdi-onlar-qiymt-qoydu-t53643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR