Bakı "İnter"in sabiq baş məşqçisi Qazaxıstanda mükafatçı olub

Bakı "İnter"in sabiq baş məşqçisi Qazaxıstanda mükafatçı olub
15:32 26 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan çempionatının qalibi və gümüş mükafatçısı müəyyənləşib.
"Report"un məlumatına görə, "Astana" klubu ardıcıl 3-cü dəfə ölkə çempionu olub. XXVI turda paytaxt təmsilçisi "Okjeptes"lə 0:0 hesablı səfər heç-heçəsindən sonra qızıl medalları təmin edib.
Vitse-çempion adına isə liderdən 4 xal geri qalan "Kayrat" sahib çıxıb. Bürünc mükafatçı isə sonuncu turda məlum olacaq.
Qeyd edək ki, "Kayrat"ın baş məşqçisi vaxtilə Azərbaycanda "Standard" və "İnter" komandalarına rəhbərlik etmiş Kaxaber Tsxadadzedir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR