Xədicənin 86 yaşlı nənəsi ərə getdi - FOTO

Xədicənin 86 yaşlı nənəsi ərə getdi - FOTO
16:12 26 Oktyabr 2016
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

86 yaşlı Teylor Milli-Moorison toyunda gözəl gəlinlik paltarında idi. O, həmin paltarı özü tikmişdi və qonaqları da heyrətləndirməyi bacardı.

Teylor nənə onillər əvvəl, yəni 50 ilə qədər model olmuşdu və dediyinə görə, gözəlliyini hələ də itirməyib.

Milli.Az NBC-yə istinadən bildirir ki, Teylor nənənin nəvəsi Xədicə bu unikal toyların fotolarını çəkib Facebook-dakı "Love What Matters" səhifəsində paylaşıb.

Fotolar sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb.

"Ötən həftə nənəmin 86 yaşı tamam oldu. Onun ərinin isə 86 yaşı dekabrda tamam olacaq. Babam nənəmlə 41 il yaşadılar. Babam öləndən sonra 25 il nənəm tək qaldı. İndi o, yenə ərdədir", - Xədicə Elxarbibi yazmışdı.

Teylor Milli-Morrison ərə getdiyi Harodj Morrisonu 60 ildir ki, tanıyır. İki il əvvəl Harold xəstələnmişdi və Teylor nənə də ona qulluq etməyə başlayıb.

O vaxtdan bəri qocalar birlikdə yaşayırlar.

Toy ABŞ-ın Nyu-Cersi ştatındakı Verona şəhərində, "Richfield Regency"də olub.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/483414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR