Ürək köçürülməsində donor haradan alınacaq? - AÇIQLAMA

Ürək köçürülməsində donor haradan alınacaq? - AÇIQLAMA
16:57 26 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsinin mümkünlüyünü açıqlayıb.

Milli.Az aznews.az-a istinadən bildirir ki, deputat bu istiqamətdə işlərin aparıldığını deyib.

Tibbi ekspert Aqil Qeybulla açıqlamasında qeyd edib ki, orqan transplantasiyası hələ Azərbaycanda öz real həllini tapmayıb: "Qaraciyər, böyrək kimi orqanların köçürülməsi halları olsa da, bu sistem halını almalıdır. Ola bilər ki, epizodik olaraq, ürək köçürülməsi də baş versin. Amma ürək köçürülməsi çox ciddi bir əməliyyatdır. Bunun üçün xüsusi bir sistem lazımdır və o qurulmalıdır. Ən başlıcası isə donor müəyyən edilməlidir. Məsələn, rayonların birində kiminsə ürək köçürülməsinə ehtiyacı var. Ona süni ürək aparatı qoyulur və gözləyir ki, donor tapılsın. Sistem elə qurulmalıdır ki, əvvəlcədən həmin şəxs donora ehtiyac olduğunu dərk etsin". 

Bəs, donor haradan alınacaq?

A.Qeybullanın fikrincə, donorun mənbəyi ürəyi sağlam adamlar olmalıdır: "Bu adamlardan kim imkan verər ki, avtomobil qəzası, beyin ölümü keçirən, ağır durumda olan bir cavan şəxsin ürəyi çıxarılıb ona qoyulsun? Ona görə də Azərbaycanın donor problemi sadə şəkildə həll olunmayacaq. Bunun üçün insanlar arasında maarifləndirmə aparılmalıdır və cəmiyyət təlimatlandırılmalıdır. Belə bir sistemi yaratmağı deyirlər, amma onun mahiyyətini dərk etmək istəmirlər. Bu günə kimi Azərbaycanda sistemli olaraq, hansı oqranın köçürülməsi həyata keçirilib ki? Göstərin. Ürək köçürülməsi ilkin dövrdə dövlət hesabına aparılmalıdır. Bu bahalı bir əməliyyatdır. Bu boyda problemə ciddi yanaşılmaması təəssüf doğurur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR