Sumqayıtdan Bakıya qonaq gələn şəxs piyadanı vuraraq öldürüb

Sumqayıtdan Bakıya qonaq gələn şəxs piyadanı vuraraq öldürüb
12:22 27 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda əmisioğlugilə qonaq gələn şəxs geri dönərkən piyadanı vuraraq öldürüb.
"Report"un xəbərinə görə, Xəzər rayonu Qala qəsəbəsinin ərazisində, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şıxəmir Məmmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən qəsəbə sakini 1972-ci il təvəllüdlü Camal Alıyevi vurub. Ağır xəsarət alan C.Alıyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, orada ölüb.
Ş.Məmmədov Sumqayıt şəhərindən Binə qəsəbəsinə əmisioğlugilə qonaq gəlibmiş. O, əmisioğlu ilə birgə yeyib-içib. Geri dönən zaman isə piyadanı vurub.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR