Gömrükdə 10600 qanunsuz siqaret aşkarlandı

Gömrükdə 10600 qanunsuz siqaret aşkarlandı
14:54 27 Oktyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası İstiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına  daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və ön qanadaltı örtüklərindən gömrük nəzarətindən gizlədilən  10600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR