"Ciddi təzyiqlərə məruz qaldıq" - Turan İbrahimov - FOTO

"Ciddi təzyiqlərə məruz qaldıq" - Turan İbrahimov - FOTO
16:37 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az Turan İbrahimovun kaspi.az-a müsahibəsini təqdim edir.

Deyirlər, səhəri necə açırsansa, günün də elə keçir. Dünyada və ölkəmizdə baş verən hadisələr haqda insanları xəbərdar etmək məqsədi güdən, xəbərçinin öz yozumunu da qatdığı "ATV Səhər" digər səhər verilişlərindən seçilir. Elə bizim "Seçilənlər" layihəmizin də qonağı həmin verilişin layihə rəhbəri, müəllifi və aparıcısı Turan İbrahimovdur.

- Turan bəy, aparıcılıq etdiyiniz "ATV Səhər" verilişi televiziya məkanımızda bir ilkdir. İstərdik, bu layihənin meydana gəlməsi barədə danışasınız.

- Bu, 90-cı illərin sonlarından bütün dünyada BBC və CNN-in başlatdığı informasiya xarakterli bir veriliş növüdür. Adətən Qərb telekanallarında səhərlər xəbər vaxtı olur. SSRİ dövründə səhər verilişləri musiqi, informasiya xarakterli olurdu. O ənənə bizdə hələ də davam etdirilir. Sırf müəllif verilişi, xəbərin müəllifin yozumu ilə təqdim olunması, aparıcının özünün mövqeyinin ortaya qoyulması, şərhlərin aktuallığı, hazırlanan süjetlərin hamısının birbaşa olaraq müəllifin süzgəcindən keçməsi bizdə yox idi. Uzun zaman idi ki, belə bir layihənin bizim televiziya məkanında da həyata keçməsini arzulayırdım. Ancaq bizim bəzi televiziya rəhbərləri, bu sahədə sözü keçərli olan insanlar bunu qəbul etmək istəmirdilər. Deyirdilər ki, səhər-səhər insanlara yalnız xəbər təqdim etmək olarmı? Onlar ənənəvi səhər proqramlarının olduğu kimi davam etdirilməsinin tərəfdarı idilər. Uzun müddət idi ki, bu layihə üzərində çalışırdım. Çünki bu, improvizədir. Başqa verilişlərdə iştirak edərək özümü buna hazırlayırdım. ATV-nin yeni rəhbərliyinə bu layihə barədə məlumat verdim. İlk mövsümümüz hər kəs üçün qeyri-müəyyən idi. Tənqidlərimiz də sağlam deyildi.

- Televiziya tamaşaçıları səhərləri şou nümayəndələri ilə açmağa vərdiş edib...

- Səhər verilişi deyəndə ilk növbədə informasiyalı-musiqili proqram anlayışı var idi. İnformasiyalı da dedikdə, o informasiyanın nə dərəcədə xəbər olduğunu demək olmazdı. Çox zaman bizim verilişə də şou əhlini görmək istəyində olan tamaşaçılar baxırdılar. Məhz bu düşüncələrə görə 3-4 ay ciddi təzyiqlərə məruz qaldıq. Ondan sonrakı mövsümdə tamaşaçılar belə qənaətə gəldilər ki, elə ən yaxşısı bu imiş. Baxmağa qalsa, elə ilk verilişdən baxılırdıq. Ancaq anlamırdılar, deyirdilər ki, internetdən videolar götürürsünüz, efiri bunlarla doldurursunuz. Xəbər agentliklərinin internet, "Youtube" olduğunu düşünürdülər. Çox qarışıq bir mühit idi. Artıq dördüncü mövsümdür ki, "ATV Səhər" fərqli xəbər devizi altında fəaliyyət göstərir. Hazırda ən yüksək auditoriyası olan verilişdir. Gözləntilərim özünü doğrultdu. "ATV Səhər" Azərbaycan xəbər sektorunda diktə edən bir verilişdir. Digər televiziya kanallarındakı verilişlər də bununla hesablaşmaq məcburiyyətindədirlər. Xəbər aparıcısının manerası, danışıq tərzi, müstəqil olmağa çalışması - bunların hamısı "ATV Səhər"də mövcuddur. 
 
- Xəbər aparıcısının həm də bir müəllif olaraq efirdə sərbəst şəkildə fikir bildirməyinə öyrəncəli deyilik. Efirdə hər hansı situasiya ilə bağlı müstəqil şəkildə fikir bildirmək üçün dünyada və ölkəmizdə baş verənlərdən xəbərdar olmaq gərəkdir. Bu gün isə o intellektə sahib xəbər aparıcıları barmaqla sayılası qədərdir.

- Azərbaycanda xəbər aparıcılarının çoxu diktorluqdan kənara çıxa bilmir. İntonasiya ilə üzündən oxumağı çox gözəl bacarırlar. Ən primitiv zəkalı insan belə, üzündən oxuyaraq bunu edə bilər. Televiziyalarımızda çox güclü redaktorlar var. Xəbəri, informasiyanı koordinasiya edən redaktorları nəzərdə tuturam. Aparıcılar isə redaktorların hazırladıqları xəbərləri əzbərləyib, efirdə danışan insanlardır. İndi müstəqil fikrə malik olan, verilişində bütün mövzularla bağlı öz mövqeyinin də yer aldığını gördüyüm elə bir aparıcı yoxdur. Bizdən əvvəlki nəslin içərisində belə aparıcılar olub. Ancaq onların dövründə efirə çıxıb müstəqil şəkildə çıxış etmək mümkün deyildi. Aparıcı kimi öz mövqeyini bildirmək üçün bütün proseslərdən xəbərdar olmalısan. Xəbər sektorunda ictimai-siyasi istiqamət üzrə fəaliyyət göstərən jurnalistlər var ki, ancaq işlərinin tələbi olaraq proseslərlə maraqlanırlar. İşləri bitdikdən sonra özlərini şou-biznes simaları ilə uyğunlaşdırmağa çalışırlar. İndi çox ziddiyyətli bir dövrdür. Mən hətta bu dövrü keçid dövrü də adlandırıram. İnsanlar düşünür ki, xəbər aparıcısı mütləq şəkildə kostyum geyinməli, özünü boğmalı, nəfəsini zorla alıb, tez xəbəri çatdırmalıdır. Bizim layihədə isə bu yoxdur. "ATV Səhər"də kostyum geyinməkdən imtina etmişəm. Bu da bir stereotipin dağılmağının işarəsidir. Kostyum avtomatik o deməkdir ki, sən fikirlərini ütüləməli, senzuradan keçirməlisən. Önəmli olan nə dediyin və tamaşaçıya nə çatdırdığındır. "ATV Səhər" alternativ bir informasiya mənbəyidir. Azərbaycanda televiziya kanalları, yazılı və elektron media arasında çox böyük uçurum var. Elektron media televiziyadan lazımi səviyyədə qidalanır. Bu layihədə biz bunun da əsasını qoyduq. Rəqabət gözəldir, ancaq oğurlamaq, başqasından götürmək peşəkarlığın olmamasından xəbər verir. 
 
- İki saat davamlı olaraq tamaşaçını ekrana cəlb etmək çətin deyilmi?

- Azərbaycanda 40-45 faiz tamaşaçı səhərlər ATV-ni izləyir. Onun 30 faizi stabil, daimi tamaşaçılarımızdır. Digər 15 faizi isə təsadüfi izləyicilərimizdir. Sırf bir qrup şəxsin baxdığı veriliş reytinq vermir. Səhər saatlarında bu qədər reytinq dünya rekordudur. Dünən rəhbərliyimiz mənə ana xəbər buraxılışını aparmağı təklif etdi. Ancaq mən bundan imtina edirəm. Bizim rəhbərlik yenilik edərkən işçilərlə məsləhətləşir, onların fikirlərinə böyük önəm verərək ortaq yol tapır. 
 
- Qəbul etməməyinizin səbəbi nədir?

- Müəyyən səbəblərdən bu təklifdən imtina edirəm. Əslində apara da bilərəm. Buna  gücüm çatır. Mən çox gözəl bilirəm ki, Azərbaycanın dinamik əhalisinin rəyi nədir. Səhərin bu vaxtı izləyiciləri ekrana cəlb etməyin ən gözəl vaxtıdır. Evdar qadınlar, təqaüdçülər, işsiz insanlardan başqa Azərbaycan cəmiyyətini ayaqda tutan təbəqə həmin zaman çərçivəsində bu verilişi izləyir. İctimaiyyətə nəyisə çatdırmaq, içindəkini insanlarla bölüşmək tamam ayrı bir duyğudur.  
 
- Müəllif kimi fikirlərinizə görə tənqidlərə tuş gəlmisinizmi?

- Əgər bir insan mövqeyini ortaya qoyursa, bu, istənilən halda kimisə qıcıqlandırır. Mövqe varsa, əks mövqe də mütləq olmalıdır. Tənqidlər sağlamdırsa, bu mənə qəbuldur. Sağlam deyilsə də, bu layihəni həyata keçirərkən bu və ya digər məsələləri də gözə almışam. Ən azından, müzakirə olunursan. Sənin gördüyün iş ictimai rəyə təsir edirsə, deməli bu, düzgün görülmüş işdir. Söhbət bundan gedir. 
 
- Bəzən canlı efirdə iynəli sözlərdən də istifadə edirsiniz.

- "ATV Səhər" tərkibində tənqid olan, həm dövlətin, həm də cəmiyyətin maraqlarını ən çox nəzərə alan verilişdir. Qurumlar və şəxslər üzərində qurulmuş tənqidi belə, dövlət və cəmiyyət maraqlarından kənarda tutmamağı bacarmağın özü asan deyil. Gərək insanın eqosu, daxili o qədər təmiz olsun ki, şəxsi maraqlarını və şəxsi baxışlarını tənqid etdiyi məsələnin süzgəcindən sağlam keçirə bilsin. Tənqidin səbəblərini aradan qaldırmaq və özlərinə haqq qazandırmaq üçün səninlə kontakta girməyə çalışırlar. Amma mənim dilimdən tərif səslənəndə də, buna normal yanaşırlar, bilirlər ki, bu, 100 faiz belədir. Bu, "ATV Səhər"in ən böyük uğurudur. Azərbaycanda fikrin sərbəst ifadə edilməsi və azad şəkildə tənqid etmək üçün hər bir şərait var. Bəzən müəyyən jurnalistlər hansısa qurumları təzyiqlərlə üzləşmələrinə səbəb göstərirlər. Amma araşdırdıqda, görürsən ki, məsələnin kökündə başqa şey var - qərəz, xaricdən dəstək alaraq nələrisə yeritməyə çalışmaq və s. Bir də var, sən müstəqilsən, heç kimdən asılılığın yoxdur. Dövlətin və cəmiyyətin maraqlarını ön planda tutursan, işin yaxşılığa doğru dəyişilməsi üçün nələrsə edirsən, dağılması üçün yox. Ona görə də fəaliyyətini davam etdirməyin üçün sənə hər baxımdan dəstək verirlər. Cəmiyyətdən də dəstək gəlir, dövlətdən də. 
 
- Xəbər hazırlayarkən hansı meyarları əsas götürürsünüz?

- Bizim auditoriyamız böyükdür, burada hər yaş qrupuna və müxtəlif intellekt səviyyələrinə malik tamaşaçılar var. Səhər-səhər neqativ xəbərləri tamamilə yığışdırmışıq. Ən çox da qəza xəbərlərini. Neqativ labüddürsə belə, insanları pessimizmə, ruh düşkünlüyünə sürükləyəcək şəkildə deyil, burdan bir ibrət götürmək lazımdır şəklində təqdim edirik. Ümumiyyətlə, aqressiya və ruh düşkünlüyü yaradacaq tərzdə olan materiallardan kənar dururuq. Çünki "ATV Səhər" ən geniş diapazona malik bir verilişdir. 
 
- "ATV Səhər"dən sonra özünüzü hansı layihədə görürsünüz?

- Mən yaşın hər işdə böyük önəm kəsb etdiyini düşünən insanlardanam. 35 yaşım var, özümü orta yaş nümayəndəsi hesab edirəm. Düşünürəm ki, müəyyən şeylərdən danışmağa tam haqqım var. Xarici görünüş və tipaj olaraq nə qədər gənc görünsəm də, bu, reallıqdır. Yaş verilişlərdə müəyyən mənada rol oynayır. Düşünürəm ki, "ATV Səhər" elə ən böyük layihədir. Əslində çox çətin və mürəkkəb layihədir. Allahın mənə verdiyi qabiliyyətlərdən istifadə edərək, bu yükü üzərimdə hiss etmirəm. Bu verilişi hər gün iki aparıcı ancaq apara bilər. Çünki həm də müəllif olmaq, bütün bu prosesləri koordinasiya etmək çox çətin məsələdir. Xəbərləri təqdim edən aparıcılar gün ərzində onun hazırlıqları ilə məşğul olurlar. Yazırlar, yazdıqlarını əzbərləyirlər. Ancaq mənim işim belə deyil. Ona görə də davamlı olaraq öz üzərimdə işləyirəm.
 
- İndi də öz üzərinizdə işləyirsiniz?

- Hər gün bir saat nəsə oxumasam, o günümü itirilmiş hesab edirəm. Hər gün incəsənət, ədəbiyyat, ictimai-siyasi sferalarla bağlı informasiyalar əldə edirəm. Bizim ən böyük problemimiz odur ki, insanlar bir səviyyəyə çatldıqdan sonra rahatlaşırlar. Qonşu ölkələrdə kanalların aparıcıları nə üçün bizdən üstündürlər? Çünki davamlı olaraq öz üzərlərində işləyirlər. Onlar arasında böyük rəqabət mühiti var. Bu rəqabətə davam gətirmək üçün onlar məcburdurlar ki, mütaliə etsinlər. Həmin aparıcıların taleyi onların hər gün yenilənməklərindən asılıdır. Yenilənmək mütləqdir. Azərbaycan ictimai sektorunda bu problem var. Məncə, ilk növbədə televiziya nümayəndələri, jurnalitstlər özlərini yeniləməlidirlər. Çünki onlar cəmiyyətə yön verən insanlardır. Onların səviyyəsi nə qədər artarsa, əhalinin, cəmiyyətin intellekt səviyyəsi də artacaq. Bu gün Azərbaycan dilinin işlək olmasının bir nömrəli səbəbkarı jurnalistlər, televiziyalar, yazılı mediadır. Zamanında SSRİ şineldindən çıxmış istedadlı jurnalistlər olmasaydı, bu keçid dövrü alınmazdı. 

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ermənilər Qazaxın 4 kəndini atəşə tutub

24 Sentyabr 2017 10:49

Amerikalı soul ifaçısı Çarlz Bredli vəfat edib

24 Sentyabr 2017 10:47

"Fənərbaxça"çanın qadın azarkeşlərindən möhtəşəm rəqs

24 Sentyabr 2017 10:45

Dünyanın ən böyük təyyarəsi kosmosa raketlər göndərəcək - FOTO

24 Sentyabr 2017 10:44

"Oksford"da tariximizlə bağlı aşağılayıcı iddia: "Bertelsə Nizamini “azərbaycanlaşdrmaq” tapşırıldı"”

24 Sentyabr 2017 10:43

Resatoranda yerə yıxılıb öldü

24 Sentyabr 2017 10:29

Bakıda məşhur restoranda ölüm hadisəsi baş verib

24 Sentyabr 2017 10:29

Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar

24 Sentyabr 2017 10:24

Londonda növbəti hücum

24 Sentyabr 2017 10:24

Həmsədrlər regiona səfər edəcək

24 Sentyabr 2017 10:19

Çində sürüşmə nəticəsində 3 nəfər ölüb

24 Sentyabr 2017 10:17

Rinqə çıxan prezident həyatını itirdi

24 Sentyabr 2017 10:15

Bakıda restoranda DAVA-DALAŞ

24 Sentyabr 2017 10:14

Cəbhədən SON XƏBƏR

24 Sentyabr 2017 10:13

Almaniyada parlament seçkiləri keçirilir

24 Sentyabr 2017 10:09

Mingəçevirdə beşmərtəbəli binada yanğın olub

24 Sentyabr 2017 10:04

Elmar Məmmədyarov Bəhreyndən olan həmkarı ilə görüşüb

24 Sentyabr 2017 10:02

İran-İraq müharibəsi başlayıb

24 Sentyabr 2017 10:02

Dünya Bodibildinq Federasiyasının rəhbəri rinqdə döyüşdən sonra ölüb

24 Sentyabr 2017 09:52

Referendum öncəsi silahlı hücum

24 Sentyabr 2017 09:49

Müdafiə nazirliyi məlumat yaydı

24 Sentyabr 2017 09:38

Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 126 dəfə pozub

24 Sentyabr 2017 09:32

Bu gün parlament seçkiləri keçiriləcək

24 Sentyabr 2017 09:30

Elmar Məmmədyarov bəhreynli həmkarı ilə görüşüb

24 Sentyabr 2017 09:25

Premyer Liqada 6-cı tura bu gün yekun vurulacaq

24 Sentyabr 2017 09:08

Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək

24 Sentyabr 2017 08:57

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürüldü

24 Sentyabr 2017 08:53

KXDR-də ABŞ əleyhinə mitinq keçirilib

24 Sentyabr 2017 08:47

Neymarın PSJ-dəki qazancının məbləği məlum oldu

24 Sentyabr 2017 08:38

Bakıda restoranda ölüm hadisəsi baş verib

24 Sentyabr 2017 08:22

Xızıda bir gündə 616 partlamamış sursat aşkarlandı

24 Sentyabr 2017 08:18

İstanbul derbisində üç qol, beş "qırmızı"

24 Sentyabr 2017 08:14

Ərdoğan-Tramp görüşündə "S-400" məsələsinə toxunulmayıb

24 Sentyabr 2017 08:09

Tramp KXDR-in XİN rəhbərinin BMT-dəki çıxışını şərh edib

24 Sentyabr 2017 08:02

İstanbulda dramatik gecə: 2 penalti, 5 qırmızı vərəqə, 3 qol - VİDEO

24 Sentyabr 2017 07:48

KXDR XİN rəhbəri: "Tramp ruhi xəstədir"

24 Sentyabr 2017 07:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

24 Sentyabr 2017 07:12

Meksikanın Oahaka ştatında fövqəladə vəziyyət elan edilib

24 Sentyabr 2017 06:52

Nazir Trampı psixi xəstə adlandırdı

24 Sentyabr 2017 06:43

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yaydı

24 Sentyabr 2017 06:38

Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

24 Sentyabr 2017 06:17

Zəlzələ Meksikada 305 can aldı

24 Sentyabr 2017 06:09

Tramp İranı ittiham etdi

24 Sentyabr 2017 05:59

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37