Türkiyə parlamentində qəribə dəyişiklik

Türkiyə parlamentində qəribə dəyişiklik
11:37 28 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

15 iyul hadisələri zamanı qiyamçılar tərəfindən silahlı hücuma məruz qalan Türkiyə Böyük Millət Məclisinin (TBMM) binası təmir olunub.

Milli.Az publika.az-a istinadən bildirir ki, təmirdən sonra TBMM-nin binasında bir sıra dəyişiklik olunub. Dəyişikliklərdən biri isə TBMM-nin yeməkxanasından asılmış Mustafa Kamal Atatürkün rəsminin ortadan qaldırılması olub.
Həmin rəsmdə Mustafa Kamal Atatürkün Topqapı sarayı ərazisində rakı içərək yemək yeməsi əks olunur. Ancaq yeni təmirdən sonra həmin rəsm TBMM-in yeməkxanasından götürülüb, yerinə isə televizor asılıb.
Sözügedən rəsmin müəllifi, tanınmış rəssam Yaşar Çallı isə məsələyə münasibət bildirib:
"Həmin rəsmi hələ Bülent Arınçın TBMM-in sədri olduğu dövrdə də aradan qaldırmaq istəyirdilər. Ancaq mən buna etiraz etdim və rəsm orada qaldı. İndi bu rəsmin binadan götürülməsi doğru addım deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR