2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 7000 saatdan artıq yayımlanıb

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 7000 saatdan artıq yayımlanıb
12:47 28 Oktyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarışların izlənmə sayı açıqlanıb. "Report"un məlumatına görə, Milli Olimpiya Komitəsinin Marketinq departamentinin direktoru Mehman Kərimov bu gün keçirilən mətbuat konfransında olimpiadanın televiziyalar vasitəsi ilə 7 000 saatdan artıq yayımlandığını söyləyib. 
"Bu müddət ərzində 5 milyarddan artıq tamaşaçı oyunları izləyib" - deyə o, vurğulayıb.
MOK rəsmisi bu rəqəmə sosial şəbəkələrdən izlənmələrin də daxil olduğunu və MOK-un sosial şəbəkədəki hesabları üzərindən də yarışların izləyicilərə çatdırıldığını əlavə edib.
Qeyd edək ki, "Rio-2016" 5 - 21 avqustda keçirilib. Oyunları Azərbaycanda İctimai Televiziya yayımlayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR