Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin klubu "Trabzonspor"a hədiyyə verilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "bordo-mavililər" avtomobillərlə təmin olunublar.
Belə ki, Qara dəniz təmsilçisinin sponsorlarından olan "Doğuş Otomotiv" şirkəti klubun bazasına 12 ədəd "Audi" markalı avtomobil göndərib. Bunlardan 9-u A3, 2-si A4, 1-i isə A7 modelində "Audi" olub.
Klub rəhbərliyi həmin maşınları əsas komandanın texniki heyəti və futbolçularının ixtiyarına verib.
Milli.Az