Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Hələbdən Suriyanın hava məkanına daxil olmağa çalışıb.
Milli.Az azvision.az-a istinadən bildirir ki, Suriya və Rusiya hərbçilərinin müdaxiləsindən sonra qırıcılar ərazini tərk etməyə məcbur olublar.
Qeyd edək ki, oktayabrın 21-də Suriya Silahlı Qüvvələri bəyanat yayaraq Türkiyə hərbi təyyarələri yenidən Suriyanın hava məkanını pozacaqları təqdirdə onları istənilən vasitələrlə vurmağa hazır olduqlarını bildirmişdilər.
Milli.Az