Narkotik aldığı şəxsi qətlə yetirən MƏHKƏMƏ QARŞISINDA

Narkotik aldığı şəxsi qətlə yetirən MƏHKƏMƏ QARŞISINDA
17:19 28 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Narkotik alverçisini öldürməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Cavadovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, bu ilin mayın 2-də Yasamal rayonunun Vasif Əliyev küçəsi 217 ünvanında, evdə tək yaşayan Bakı şəhər sakini, 41 yaşlı Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlərlə aşkarlanıb.

Məlum olub ki, bir neçə il əvvəl həbsdən azad olunan M.Hüseynov həmin ünvanda tənha yaşayırmış. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Cavadov tərəfindən törədilməsi məlum olaraq həbs edilib.

 

Qətlə yetirilən şəxs keçmiş məhkumdur və narkotik vasitə aludəçisi olub. Hadisəni törədən E.Cavadov da narkotik istifadəçisidir və hadisə baş verən gün M.Hüseynovun evinə gələrək narkotik istəyib. Bu zaman onların arasında münaqişə yaranıb.

 

E.Cavadov tanışını söyüşə görə öldürdüyünü bildirib

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR