Bərdədə zəncirvari qəza baş verib, yaralananlar var

Bərdədə zəncirvari qəza baş verib, yaralananlar var
22:07 28 Oktyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 28 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində baş verən qəza zamanı iki "VAZ 2107" və bir "VAZ 2106" markalı avtomobil toqquşub.
Hadisə zamanı avtomobillərdən ikisinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Qəza zamanı maşınlara ciddi ziyan dəyib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR