Rostov-Bakı aviareysləri yeni vaxt rejimində həyata keçiriləcək

Rostov-Bakı aviareysləri yeni vaxt rejimində həyata keçiriləcək
01:47 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycana da birbaşa uçuşların həyata keçirildiyi Rostov Beynəlxalq Hava Limanı cədvəlini payız-qız vaxtına dəyişir və bu rejim cari ilin oktyabrın 30-dan 26 mart 2017-ci il tarixinədək davam edəcək.
"Report" xəbər verir ki, bu dövr ərzində Rostovdan 18 aviadaşıyıcı 22 istiqamət üzrə uçuşlar həyata keçirəcək.
Beynəlxalq çarter proqramı payız-qış dövrüdə Tayland, Hindistan və Türkiyənin ənənəvi çimərlik kurortlarına uçuşların yerinə yetirilməsini nəzərdə tutur. Azərbaycan, Ermənistan, Özbəkistan, Gürcüstan və Tacikistanı Rostovla birbaşa hava nəqliyyatı birləşdirəcək. "Pobeda" aviaşirkətinin Azərbaycan və Gürcüstan paytaxtlarına uçuşları mövsümün yeni reysləri olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR