Həqiqət ortaya çıxdı: Evində görüşdükləri bu FOTO ilə təsdiqini tapdı

Həqiqət ortaya çıxdı: Evində görüşdükləri bu FOTO ilə təsdiqini tapdı
13:27 29 Oktyabr 2016
149 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur şoumeni Cem Yılmaz Ebru Şallıdan ayrılmayıb.

Milli.Az gazetevatan-a istinadən bildirir ki, Ebru Şallının İstinyədəki evinə gedən Cem Yılmazı başına taxdığı "balqabaq tac"ı ələ verib.

"Cadılar bayramı"nı "Xeyirli Halloweenler" qeydi ilə payaşdığı fotosunda Yılmazın başındakı tac diqqəti çəkib. Məşhur komediya ustasının bu fotosunu paylaşmasından dərhal sonra Ebru Şallı da eyni tacı oğlu Parsın başına taxaraq videoya çəkib sosial şəbəkə hesabında izləyənləri ilə bölüşüb. Bu detal Şallının təqibçilərinin diqqətindən qaçmayanda isə həqiqət ortaya çıxıb.

Məlum olub ki, Cem Yılmaz ötən gün Ebru Şallının İstinyədəki evinə gedib və cütlüyün münasibətləri hələ də qaydasında davam edir.

Xatırladaq ki, Cem Yılmaz ilə Ebru Şallının ötən yaz Çeşmədə başlayan sevgili münasibətlərinin bitdiyi deyilirdi. Tərəflər mövzu ilə əlaqədar açıqlama vermədikləri bir zamanda, Cem Yılmazın ötən gün İnstaqram hesabında paylaşdığı bir şəkil hər kəsi çaş-baş salıb.

Təhməz Təkin
Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR