Liviyanın Antikorrupsiya İdarəsinin rəhbəri terror aktı nəticəsində öldürülüb

Liviyanın Antikorrupsiya İdarəsinin rəhbəri terror aktı nəticəsində öldürülüb
00:57 30 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 oktyabr. REPORT.AZ/ Liviyanın şərqində, Benqazi şəhərinin mərkəzində yerləşən Keeş rayonunda minalanmış avtomobilin partlaması nəticəsində ən azı 4 nəfər ölüb, daha 14 nəfər yaralanıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölənlər arasında ölkənin Antikorrupsiya İdarəsinin rəhbəri Məhəmməd Buqeyqis də olub.
Şahidlərin sözlərinə görə, partlayış məmurun avtomobilinin yaxınlığında, o, maşını tərk etmək istəyən zaman baş verib.
Terror aktına görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir terror qruplaşması öz üzərinə götürməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR