Lotu Quli Lənkəranskinin Bakıdakı adamlarını da sıradan çıxarır – Bir nəfər “tac”landırıldı...

Lotu Quli Lənkəranskinin Bakıdakı adamlarını da sıradan çıxarır – Bir nəfər “tac”landırıldı...
01:08 31 Oktyabr 2016
850 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulda qətlə yetirilən azərbaycanlı "kriminal general” Rövşən Lənkəranskinin tərəfdarları öz mövqelərini itirməyə başlayıblar.

BakiPost.az xəbər verir ki, "qanuni oğru”nun nəzarət etdiyi sahələr adamlarının əlindən bir-bir alınır. Bundan əlavə, yerlərdə "vəziyyətə baxan” şəxslərin təyin olunması məsələsi də artıq başqa klanın əlinə keçməkdədir.

Belə ki, Lənkəranskinin ən qatı düşməni hesab olunan Loti Quli Azərbaycanda təsir imkanlarını sürətlə artırmağa başlayıb. Son günlər mətbuat səhifələrində "qanuni oğru”yla bağlı daha çox müsbət xəbərlərin tirajlanması, vəkilinin çox kəskin açıqlamasının gündəmə hadisə kimi düşməsi də bu xəttin davamıdır.

Məlumata görə, sözügedən şəxsin tərəfdarları Lənkəranskinin adamlarını sıxışdırmağa da start veriblər. Onlar "krallığını” daha da gücləndirməkdən ötrü "rütbəli” tərəfdarlarının sayını artırır, hətta nüfuzlu avtoritetlərin taclandırılması prosesinə başlanılıb.

Məsələn, dünən Bakıda Museib adlı avtoritetə "qanuni oğru” adı verilməsi bəyan edilib. Məlumatlı şəxsin sözlərinə görə bu proses davam edəcək, yəni Lotu Quli özünə sadiq adamları tacladıracaq və indiyə qədər Lənkəranskinin adamlarının nəzarət etdiyi sahələri onlara həvalə edəcək.

Xatırladaq ki, hazırda Qobustanda həbsdə olan Lotu Quli ilə öldürülən "qanuni oğru” Rövşən Lənkəranski arasında həmişə düşmənçilik hökm sürüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR