Putinin “Yalta -2” arzusu: Əsəd qurban ediləcək?

Putinin “Yalta -2” arzusu: Əsəd qurban ediləcək?
13:53 31 Oktyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya prezidenti Vladimir Putin çətin maliyyə vəziyyəti ilə üzləşib. İstisna edilmir ki, ABŞ-la münasibətləri normallaşdırmaq üçün bu ölkənin yeni prezidentini gözləyir”.

Publika.az xəbər verir ki, bunu TVN24 telekanalının efirində Polşanın Xarici İşlər Nazirliyinin sabiq başçısı Radoslav Sikorski bildirib.

“O, “Yalta-2”nin keçirilməsini arzulayır. Putin ABŞ-a Ukraynanı Suriya ilə dəyişməyi təklif edə bilər. Şəxsən əmin deyiləm ki, məhz belə olacaq. Amma hadisələrin bu cür inkişafını istisna etmək olmaz. Əminəm ki, bu danışıqlar Ukraynanın sonrakı taleyini həll edə bilər”, - o, deyib.

Sikorskinin bəyanatına görə, ABŞ Ukraynanı tərk edərsə, Putin Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina edəcək.

Qeyd edək ki, SSRİ, ABŞ və Böyük Britaniya liderləri 4-11 fevral 1945-ci ildə Yaltada görüşüb. Görüşdə ikinci dünya müharibəsində qələbə qazanmış ölkələr arasında dünyanın bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR