Topaz Premyer Liqasında XI turun oyun cədvəli açıqlanıb. Fanat.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi keçiriləcək tur iki gün davam edəcək.
İlk oyun Gəncədə baş tutacaq. Burada “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Turun digər 3 oyunu Bakıda keçiriləcək və ötən mövsümün mükafatçıları “Zirə”yılə “Qarabağ” arasında matçla tamamlanacaq.
Qeyd edək ki, turun bütün oyunları CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
5 noyabr
14:30. “Kəpəz” - “Sumqayıt”
Gəncə şəhər stadionu
17:00. “Neftçi” - “İnter”
8-ci km qəsəbə stadionu
6 noyabr
14:00. AZAL – “Qəbələ”
“AZAL Arena”
16:00. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu
Fanat.Az