Xalq artisti Aygün Kazımova "Həyat tərzi" verilişində ona hədiyyə gələn balıqlara maraqlı ad qoyub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Bəyəndim" verilişinə açıqlamasında bunları deyib:

"Birinin adı Elza Seyidcahan olsun. O mənim aksessuarımdır axı. Elzadan dahi fikirlər çıxır. İkinci oğlandır, adını Namiq (meyxanaçı Namiq Qaraçuxurlu - red.) qoyum. Yenə evə gəlsin".

A.Kazımova aparıcının "Balıqlar sudan sürüşüb çıxa bilirlər" sözlərinə belə cavab verib:

"Namiq sürüşüb qaçmaqda Elzaya dərs keçər".

Milli.Az

Aygün Kazımova: "Namiq sürüşüb qaçmaqda Elzaya dərs keçər" - FOTO