"Report"un xəbərinə görə, Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməliyyatçıları Xırdalan şəhərində üzərində 1 ədəd selofan torbada heroin gəzdirən Fərid Səfərovu tutublar.
Onun Abşeron RPİ-də istintaqa verdiyi ifadəsi zamanı bir ildir cibgirliklə məşğul olduğu üzə çıxıb. F.Səfərov əsasən Bakıdan Sumqayıt şəhərinə hərəkət edən avtobuslarda cibgirliklə məşğul olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
