Erməni silahlı bölmələri oktyabr ayında atəşkəs rejimini 628 dəfə pozub

Erməni silahlı bölmələri oktyabr ayında atəşkəs rejimini 628 dəfə pozub
10:27 1 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri oktyabr ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 628 dəfə pozub.
"Report"un xəbərinə görə, atəşkəs rejimi ən çox oktyabrın 31-də pozulub.
Həmin gün erməni silahlı bölmələri atəşkəsi 45 dəfə pozub.
Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.
Bu müddət ərzində, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində iki monitorinq keçirilib, monitorinqlər insidentsiz başa çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/ermeni-silahli-bolmeleri-oktyabr-ayinda-ateskes-rejimini-628-defe-pozub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR